Bazar, 28 Aprel

"Danışıqlara hazıram"- Zelenski

image

Ukrayna Prezidenti Volodimir Zelenski bir daha Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu vurğulayıb.

Xəbər verilir ki, bu barədə Zelenski Danimarkada media nümayəndələri üçün onlayn mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Rusiya ordusunun dayanıb-dayanmayacağına yalnız bu ölkənin prezidenti qərar verir.

Prezident əlavə etdi ki, nə qədər çətin olsa da, müharibəni bitirmək üçün hər fürsətdən istifadə edilməlidir.

“Rusiya müharibəni bitirmək istəyirsə onlar danışıqlar masası arxasına əyləşməlidirlər. Danışıqlar masası Ukraynasız mümkün deyil. Ona görə də bu birbaşa aparılmalıdır. Biz həm vasitəçilərlə həm də vasitəçilərsiz danışa bilərik. Əgər Rusiya Federasiyası müharibəni bitirməyə və ərazilərimizi tərk etməyə hazırdırsa, mən şəxsən hər an belə formata hazıram”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, nə qədər çətin olsa da, müharibəni bitirmək üçün bütün imkanlardan istifadə edilməlidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39